AZ

Serdar Koyuncu: Avropa dayanıqlılıq modeli gələcək şəhərlər üçün əsas istiqamət kimi formalaşır

BAKI, 21 may. TELEQRAF

Gələcəyin dayanıqlı şəhər modelini inteqrasiya olunmuş və ağıllı texnologiyalar, dayanıqlı iqtisadi sistem və iqlim yönümlü infrastruktur və memarlıq əsasında qiymətləndiririk.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsinin İqlim Dəyişikliyi Departamentinin müdiri Dr. Serdar Koyuncu Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "DİM-lər üçün boşluğun aradan qaldırılması Fəaliyyətdə Şəhərlərin Yerli İqlim Həllərini Sürətləndirməsi" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Avropa dayanıqlılıq modeli gələcək şəhərlər üçün əsas istiqamət kimi formalaşır.

"Konya Bələdiyyəsində iri miqyaslı tikinti tullantılarının bərpası və transformasiyası layihəsi inkişaf etdirilir. Rotterdam və poliqon (zibilxana) yanaşması, eləcə də dənizdə texnologiyalar tətbiq olunur.

Hazırda bu sistem vasitəsilə təxminən 95 milyon ton qazıntı, tikinti və söküntü tullantısı emal prosesinə cəlb olunub. Bərpa olunan beton, metal, plastik, şüşə, ağac və aqreqat kimi materiallar iqtisadiyyata yenidən qazandırılır və sertifikatlaşdırılmış dayanıqlı məhsullara çevrilir", - o vurğulayıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr