AZ

TƏCİLİ: Ukrayna münaqişəsinin həlli tapıldı – MÜHARİBƏ BİTİR

Almaniya kansleri Fridrix Merz Ukraynaya Avropa Birliyinə tam üzvlükdən əvvəl “assosiativ üzv” statusunun verilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Spiegel nəşri yazıb.

Merz Avropa liderlərinə ünvanladığı məktubda bildirib ki, Ukraynanın Aİ-yə qəbul prosesi uzun çəkdiyi üçün yeni inteqrasiya modeli lazımdır.

Təklifə əsasən, Ukrayna Aİ Şurası və Avropa Şurasının iclaslarında iştirak və səsvermə hüququ əldə edə, həmçinin Avrokomissiya və Avroparlamentin işinə məhdud formatda qoşula bilər. Bundan başqa, Ukraynanın mərhələli şəkildə Aİ büdcəsinə inteqrasiyası və qarşılıqlı müdafiəni nəzərdə tutan Aİ müqaviləsinin 42.7-ci maddəsinin ölkəyə şamil edilməsi təklif olunur.

Merz hesab edir ki, bu status həm Ukraynanın təhlükəsizlik zəmanətlərini gücləndirə, həm də ABŞ-ın təşəbbüsü ilə aparılan danışıqlara müsbət təsir göstərə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl ölkəsinin natamam Aİ üzvlüyündə maraqlı olmadığını bəyan etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr