AZ

Patrisiya Skotland: Yaxın Şərqdəki eskalasiya geosiyasi böhran xarakteri daşıyır

Bakı, 21 may, AZƏRTAC

Yaxın Şərqdəki eskalasiya yalnız humanitar deyil, həm də geosiyasi böhran xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland UN-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Onun fikrincə, əgər kollektiv, ağıllı və humanist yanaşma nümayiş etdirilməsə, bu böhranın yaranmasına səbəb olmayan ən həssas təbəqələr ən ağır yükü daşımağa davam edəcəklər.

Patrisiya Skotland deyib ki, problemin miqyası və sürəti COVID-19 pandemiyası dövründə müşahidə edilən qlobal təsirlərlə müqayisə oluna bilər. “Biz enerji qiymətlərinə təsirdən daha çox, mənzil bazarına və xüsusilə həssas qrupların yaşayış imkanlarına təsirə diqqət yetirməliyik. Mənzil böhranının təsirləri qısamüddətli iqtisadi dəyişikliklərdən daha uzunmüddətli nəticələr yaradır”, – deyə Patrisiya Skotland qeyd edib.

Müxbir - Səbinə Əlizadə

Seçilən
39
azertag.az

1Mənbələr