AZ

53 yaşlı bloger plastik əməliyyat zamanı öldü

Qazaxıstanda məşhur iş xanımı, 53 yaşlı bloger kimi tanınan Saule Bazarxan plastik əməliyyat zamanı vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə mayın 15-də Almatıdakı özəl klinikalardan birində liposaksiya proseduru zamanı lokal anesteziyadan sonra baş verib.

Mərhumun qızı sosial şəbəkəsində anasının ölümü barədə paylaşım edib:

"15 may 2026-cı ildə anamız Almatıdakı özəl klinikalardan birində dünyasını dəyişib. Yerli anesteziya ilə həyata keçirilməli olan planlı liposaksiya ailəmiz üçün faciəyə çevrildi. Bir saat. Bir saat yarım. İki saat. Üç saat. Suallarımıza heç kim cavab vermədi. Yalnız səssizlik vardı. Anamızın vəfat etdiyini yalnız axşam saat 18:00 radələrində bildirdilər".

Qızı həmçinin əlavə edib ki, hadisədən sonra belə klinika müştəri qəbulunu davam etdirib.

Hazırda Almatı Şəhər Polis Departamenti faktla bağlı cinayət işi açıb. (Axşam.az)

https://www.instagram.com/reel/DYl8O7hNQFD/?utm_source=ig_web_copy_link&igsh=NTc4MTIwNjQ2YQ==

"Cebheinfo.az"

Seçilən
34
cebheinfo.az

1Mənbələr