AZ

"Lego"dan AI iddialarına cavab – pərdəarxası görüntülər

“Lego”nun futbol ulduzları ilə hazırladığı reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi videonun süni intellekt vasitəsilə hazırlandığını iddia edib.

Ölkə.az xəbər verir ki, şirkət yayılan iddialardan sonra çəkiliş prosesinə aid pərdəarxası görüntüləri paylaşıb. Görüntülərdə reklam çarxının real çəkilişlər əsasında hazırlandığı əks olunub.

“Lego” paylaşımında “Hələ də bunun süni intellekt olduğunu düşünürsünüz? Əsl pərdəarxası görüntülərə baxın” sözlərini qeyd edib.

Qeyd edək ki, reklam çarxında Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappe kimi dünya futbolunun ulduzları yer alıb.

Həmidə İbrahimova

Seçilən
55
olke.az

1Mənbələr