AZ

Emin Hüseynov: Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisi mənbəyinin böyük əksəriyyəti alternativ enerjidən qaynaqlanır VİDEO  

Qarabağda və Şərqi Zəngəzurda elektrik enerjisinin mənbəyinə baxsaq, onun böyük əksəriyyəti mahiyyət etibarilə alternativ enerji mənbələrindən qaynaqlanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“İlk növbədə, su elektrik stansiyalarından istifadə olunur ki, bu da həmin bölgədə dayanıqlı iqtisadi bazanın formalaşmasına kömək edəcək. Eyni zamanda, müxtəlif tərəfdaşlarla Günəş və külək elektrik stansiyalarının qurulması üzrə bir çox layihələrimiz var. Hər bir layihə ayrı-ayrılıqda təhlil edilərək tətbiq olunur”, - deyə Emin Hüseynov bildirib.

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr