AZ

Muxtar Babayev: Şəhərlər iqlim dəyişikliyi ilə bağlı infrastruktur pozuntuları kimi risklərə daha çox məruz qalır  

Bu gün şəhərlər həm iqlim risklərinin, həm də iqlim həllərinin mərkəzində dayanır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının məlumatına görə, şəhər əraziləri qlobal enerjinin təxminən 78 faizini istehlak edir və dünya üzrə istixana qazı emissiyalarının 60 faizindən çoxunu yaradır. Halbuki Yer səthinin cəmi 2 faizini tutur. Eyni zamanda, şəhərlər daşqınlar, istilik dalğaları, quraqlıqlar, fırtınalar və iqlim dəyişikliyi ilə bağlı infrastruktur pozuntuları kimi risklərə daha çox məruz qalır. Bunlar artıq gələcək risklər deyil. Bu gün dünya üzrə milyonlarla insanın gündəlik həyatına, iqtisadiyyatlara, ictimai sağlamlığa və enerji sistemlərinə təsir göstərir. Bu kontekstdə dayanıqlı yanaşmaların əhəmiyyəti getdikcə artır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciət zamanı deyib.

Muxtar Babayev bildirib ki, dayanıqlı yanaşmalar dayanıqlılığı abstrakt anlayışdan ölçülə bilən və praktik fəaliyyətə çevirir. Eyni zamanda, hesabatlılığı artırır, institusional potensialı gücləndirir, dövlət və özəl sektorlarda resurslardan daha səmərəli istifadəni təşviq edir. Bu baxımdan, Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması mühüm mərhələdir. Bu, dayanıqlı inkişafın yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, həmçinin planlaşdırma proseslərinə, layihə idarəçiliyinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməli olduğunu göstərir.

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr