AZ

İsrail Ordusu: Livanda PUA partlayışı — 7 əsgərimiz yaralandı

İsrail ordusu Livanın cənubunda partlayıcı maddələrlə yüklənmiş pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində iki zabit də daxil olmaqla yeddi əsgərin yaralandığını açıqladı.

Turkustan.az xəbər verir ki, ordu mətbuat açıqlamasında partlayıcı maddələrlə yüklənmiş pilotsuz təyyarənin Livanın cənubunda qəzaya uğradığını və partladığını bildirib.

Bəyanatda hadisə nəticəsində yeddi əsgərin yaralandığı bildirilir: bir qadın əsgərin vəziyyəti ağır, bir səhra komandiri və iki əsgərin vəziyyəti orta, bir səhra komandiri və iki əsgərin vəziyyəti isə yüngüldür.

Ordunun açıqlamasında yaralı əsgərlərin xəstəxanalara aparıldığı və ailələrinə məlumat verildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
turkustan.az

1Mənbələr