AZ

Emin Hüseynov: Bərpa-quruculuq işləri ilə bağlı dünyaya göstərəcək çoxlu nümunələrimiz var

Belə bir tədbirin Bakıda keçirilməsi çox əlamətdardır. Çünki son illərdə Azərbaycan şəhərsalma sahəsində dünyada özünəməxsus bir yerə malikdir və əldə olunan nailiyyətlər, aparılan bərpa-quruculuq işləri, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Sözsüz ki, dünyaya göstərəcək çoxlu nümunələrimiz var. Eyni zamanda, bu, bizim üçün dünyadakı qabaqcıl beynəlxalq təcrübələri öz işimizdə tətbiq etmək baxımından böyük bir imkandır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Bugünkü görüşlərdən biri də münaqişələr nəticəsində dağıdılmış urban sahələrin, şəhər yerlərinin bərpası və bununla bağlı müxtəlif təcrübələrin mübadiləsi mövzusuna həsr olunub. Sözsüz ki, burada da "Qafqazın Xirosiması" adlanan Ağdam şəhərinin, Füzuli rayonunun, Füzuli şəhərinin və digər işğaldan azad olunmuş, lakin işğal nəticəsində vandalizm aktlarına məruz qalmış bir çox şəhərlərimizin necə bərpa olunması ilə bağlı təcrübələrin bölüşülməsi üçün öz fikirlərimizi səsləndiririk. Ümid edirəm ki, bu müzakirə hər kəs üçün faydalı olacaq", - deyə o əlavə edib.

Seçilən
4
2
azerbaijan-news.az

3Mənbələr