Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir münaqişələr, iqlim şokları və təbii fəlakətlərdən zərər çəkmiş şəhərlərdə mənzil təminatının böhrana reaksiya, bərpa və yenidənqurma proseslərinin mərkəzində yerləşdirilməsinin səbəblərini araşdıracaq. Evlər dağıldıqda, itki yalnız fiziki tikililərlə məhdudlaşmır, təhlükəsizliyə, ləyaqətə, dolanışıq mənbələrinə və sosial birliyə də xələl gətirir.
Sessiyada mənzil, torpaq və mülkiyyət hüquqlarının qorunması ilə yanaşı, hökumətlərin, icmaların və özəl sektorun evləri və məhəllələri geniş miqyasda necə yenidən qura biləcəyi nəzərdən keçiriləcək.