AZ

Regionda gərginlik azalır? - Yeni diplomatik mənzərə

Yaxın Şərqdə və beynəlxalq arenada gərginlik fonunda tərəflər arasında diplomatik manevrlər və mümkün kompromis variantları yenidən gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, həm ABŞ-ın mövqeyində müşahidə olunan yumşalma siqnalları, həm də region ölkələrinin sabitlik maraqları danışıqlar prosesinə təsir edən əsas amillərdən biridir. Bu kontekstdə Pakistanın vasitəçilik və balanslaşdırılmış siyasət cəhdləri də diqqət mərkəzində qalır.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında Yaxın Şərqdə və beynəlxalq müstəvidə baş verən proseslər, eləcə də Pakistanın regional siyasətdə rolu barədə fikirlərini bölüşüb.

O bildirib ki, hazırkı vəziyyət bir növ “pat” vəziyyətinə bənzəyir və tərəflər öz qırmızı xətlərindən geri çəkilmək istəmirlər. Buna baxmayaraq, son dövrlərdə müəyyən yumşalma əlamətləri müşahidə olunur.

Ekspertin sözlərinə görə, ABŞ tərəfinin əvvəlki qədər sərt və çoxşaxəli tələblər irəli sürməməsi diqqət çəkir. O qeyd edib ki, Vaşinqtonun əsas diqqəti İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər üzərində cəmlənib və digər tələblərdə nisbətən yumşalma hiss olunur.

Şahin Cəfərli vurğulayıb ki, Pakistan regionda sabitliyin qorunmasında maraqlıdır və müharibənin yenidən alovlanmasının qarşısını almağa çalışır. Onun fikrincə, Pakistanın diplomatik səyləri, xüsusilə İranla aparılan danışıqlar fonunda kompromis ehtimalını artıra bilər.

Politoloq əlavə edib ki, ABŞ daxilində də hərbi əməliyyatların bərpasına maraq azdır. O, Vaşinqtonun seçki dövrünə yaxınlaşdığını və bu mərhələdə genişmiqyaslı müharibənin siyasi baxımdan əlverişli olmadığını bildirib.

Cəfərlinin sözlərinə görə, həmçinin ABŞ-də keçiriləcək böyük beynəlxalq idman tədbirləri də xarici siyasət qərarlarına təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.

Seçilən
40
news365.az

1Mənbələr