AZ

NATO baş katibi Rusiyanı təhlükəsizliyə əsas təhdid adlandırdı

Rusiya Avro-Atlantik təhlükəsizliyinə əsas birbaşa təhdid olaraq qalır.

Azpost.info -nun məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

O, bu açıqlamanı 20 mayda Brüsseldə keçiriləcək ittifaq müdafiə nazirlərinin görüşündən əvvəl verib.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət, xüsusən də Avropada daha gərgin və münaqişəli hala gəlib və bu da təhlükəsizliyin təmin edilməsi üçün NATO müttəfiqləri arasında daha güclü koordinasiya tələb edir.

Rutte həmçinin qeyd edib ki, ittifaq ölkələri sabitlik və təhlükəsizliyi pozmaq üçün artan cəhdlərlə üzləşirlər və bu da NATO daxilində əməkdaşlığı xüsusilə vacib edir.

AzPost.az

Seçilən
37
azpost.info

1Mənbələr