AZ

İran: ABŞ və İsrail yenidən müharibə axtarır

Yaxın Şərqdə gərgin günlər davam edir.

Qeyri-müəyyənliklərin artdığı bir vaxtda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa müraciətlə audio mesaj yayımlayıb.

Qalibaf bildirib ki, atəşkəs prosesinə baxmayaraq, düşmən tərəf öz hədəflərindən geri çəkilməyib:

“Düşmənin açıq və gizli addımları göstərir ki, onlar iqtisadi və siyasi təzyiqlərlə yanaşı, hərbi məqsədlərindən də imtina etməyiblər və yeni müharibə axtarışındadırlar. ABŞ-ın qarşısında iki seçim var: ya müharibəni tam dayandırmaq, ya da onu yenidən başlatmaq”, — deyə o vurğulayıb.

İran parlamentinin sədri atəşkəs müddətində ölkənin hazırlıq işləri apardığını qeyd edib və İranın hücumlara qarşı müqavimət göstərməsində xalqın iradəsinin əsas amillərdən biri olduğunu bildirib.

Qalibaf əlavə edib ki, İran heç bir güc qarşısında geri çəkilməyəcək:

“Düşmənlər hələ də anlamayıb ki, İran heç bir şəraitdə boyun əyməyəcək. Silahlı Qüvvələrimiz atəşkəs imkanından istifadə edərək hərbi gücümüzü yenidən bərpa edir. Xalqın dəstəyi ilə düşməni təəccübləndirəcək hazırlıqlar görürük”, — deyə o bildirib.

Seçilən
2
aznews.az

1Mənbələr