
Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.