AZ

"İşğaldan azad olunan ərazilərdə yeni şəhərlər sıfırdan inşa edilir" - Nigar Arpadarai

“Uzun müddətdir iqlim proseslərində iştirak edirəm. İnsanlarla çalışıram. Dünyada qeyri-bərabərliklər və müharibələr mövcuddur”.

Redaktor.az xəbər verir ki, bunu VUF 13 çərçivəsində “Azərbaycanda Şəhər Yenidənqurması və Urban Transformasiya: İnnovativ Bərpa Modeli” adlı tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai səsləndirdi.

“Bizim də qaçqınlarımız və məcburi köçkünlərimiz var idi. Bu layihə ilə işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinə başlamışıq. Bərpa prosesi sürətlə davam edir. İstəyirik ki, insanların həyat keyfiyyəti yaxşı olsun. Yeni şəhərləri sıfırdan inşa edirik.

Biz iqlim çempionu olaraq müxtəlif insanlarla görüşürük. Hər regiona dəyişikliklər fərqli təsir göstərir. İqlim hamımız üçün ümumi mövzudur. Bu baxımdan regional və qlobal əməkdaşlıq vacibdir. Hökumətlər öz milli adaptasiya sxemləri ilə işləyirlər. Bunların hamısı insanlara və özəl sektora təsir göstərir”.

Aytəkin TOFİQQIZI

Seçilən
29
redaktor.az

1Mənbələr