AZ

Ermənistan İctimai Televiziyası genişmiqyaslı hücuma məruz qalıb

Son günlərdə Ermənistan İctimai Televiziyasının (EİT) yayım və rəqəmsal infrastrukturu genişmiqyaslı kiberhücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə EİT “NEWS.am”a məlumat verib.

“Hücumun məqsədi Avropa Siyasi Birliyinin tədbirlərinin yayımına müdaxilə etmək idi. Xoşbəxtlikdən, mütəxəssislər tərəfindən görülən operativ və texniki tədbirlər sayəsində fasilələrin qarşısı alınıb və hücum cəhdləri heç bir əhəmiyyətli təsir göstərməyib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır”, - deyə açıqlamada bildirilir.

Seçilən
23
publika.az

1Mənbələr