"Vilyarreal" müdafiəçi Alfonso Pedrasanın mövcud müqaviləsinin başa çatmasından sonra komandadan ayrılacağını rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iyunun 30-da müddəti bitəcək sözləşməni yeniləməyəcəklər.
Pedrasa "Vilyarreal"ın yetirməsidir. O, "Luqo", "Lids Yunayted", "Alaves" və "Betis"dəki icarə dövrləri istisna olmaqla, 2015-ci ildən bəri əsas komandada çıxış edir.
30 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində bütün turnirlərdə ümumilikdə 234 oyuna çıxıb, 13 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
DÇ-2026: Misirin heyəti bəlli oldu - Salah, Marmuş...
30 illik həsrətə son: Bu dəfə Avropadan kubok
“Beşiktaş”da yeni təyinat - RƏSMİ
Sabiq "Fənər"li "Qalatasaray" yolunda: OKAN BURUK ŞƏXSƏN DANIŞIB
Konte “Fənərbaxça”ya razılıq verdi: Amma bir şərti var