AZ

“Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi

Mahir Emrelinin “Kayzerslautern”dən ayrılacağı böyük ölçüdə dəqiqləşib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb. Nəşr hücumçunun baş məşqçi Torsten Liberknextlə münasibətlərinin heç cür düzəlməyəcək həddə çatdığını, mütəxəssisin onu heyətdə görmək istəmədiyini yazıb.

Düzdü, Mahirin cari mövsüm üçün statistikası da ürəkaçan deyil. Belədə ayrılığın səbəbi kimi məhz rəqəmləri günahlandırmaq mümkün idi. Ancaq mübasibətlərin ön plana çıxarılması həmvətənimizlə bağlı daha ciddi problemlərin olduğunu ortaya qoyur. “Kicker” həm də bildirir ki, Mahirin özünü yaxşı tərəfdən göstərə, heyətdə möhkəmlənə bilməməsinin səbəbi davamlı qasıq ağrılarından əziyyət çəkməsidi.

Almaniyalı həmkarlarımız yığmanın baş məşqçisi Ayxan Abbasovun bu sözlərini xatırladıb:
“Mahirin düzgün qərar verəcəyinə inanıram. Arzumuz odu ki, həm Emreli, həm də başqa legioner həyatı yaşayan futbolçularımız daim şans qazanacağı komandalarda oynasın”.


Görünür, “Kicker” də bu fikirlərlə razıdı. Bəs, Mahir hansı addımı atacaq? Gözləyək...

Xatırladaq ki, “qırmızı iblislər” mövsümün əvvəlində həmvətənimizlə 3 illik müqavilə imzalayıb. O, cari mövsümdə 2-ci bundesliqada 12 oyun keçirib. 1 qolla yadda qalan futbolçu 2 “sarı”yla üzləşib. O, burda cəmi 366 dəqiqə forma geyib. Almaniya kubokunda 1 oyun keçirən Mahir 1 qolla yadda qalıb.

KƏNAN BAHADIR
Seçilən
28
football-plus.az

1Mənbələr