AZ

Laçında “ASAN xidmət” mərkəzi tikilir: Layihə işləri 379 min manata başa gələcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” Laçın şəhərində inşa olunacaq “ASAN xidmət” mərkəzi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınmasını həyata keçirib.

Satınalma çərçivəsində qalib şirkət “Amazone MMC” olub.

Müqaviləyə əsasən, Laçın şəhərində “ASAN xidmət” mərkəzinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işləri şirkət tərəfindən icra ediləcək.

Layihənin dəyəri 378 868 manat təşkil edir.

Seçilən
75
banker.az

1Mənbələr