Mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Artıq “Azərbaycan Dəmir Yolları” QSC gedişhaqqını da açıqlayıb. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81, Yevlaxdan 67, Gəncədən 62, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.
Bəs biletlər nə zaman satışa çıxarılacaq?
“Yeni Sabah”ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları”ndan bildirilib ki, Bakı-Tbilisi-Bakı dəmiryol reysi üzrə biletlər tezliklə satışa təqdim olunacaq. pizza hut
“Biletlər yaxın günlərdə satışa çıxarılacaq”, - qurumdan qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə Bakı-Tbilisi-Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək.
Nazim Hacıyev
Telegram kanalımız