AZ

AYNA: Bakıda tramvay xətlərinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır

Biz şəhərdə ictimai nəqliyyata fokuslanmışıq və bunun üçün əlimizdən gələni edirik.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

O bildirib ki, hər gün 2300 avtobus istifadəyə verilir, təxmini 5 milyon istifadəçi ondan istifadə edir: “Bu gün şəbəkə genişlənməsi inkişaf edir. Metrodaxili sistemləri də inkişaf etdiririk. Şəhərdaxili əlçatamlığı artırmaq üçüm 10 yeni strategiyamız var. Metroda qırmızı və yaşıl xətləri həyata keçiririk. Tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir, 2028-ci ilə qədər bunu istifadəsinə çalışırıq”.

Seçilən
38
12
apa.az

10Mənbələr