AZ

Baş məşqçiyə məlumat verdilər - Öz aramızda razılaşdıq, səni yola salırıq…

Bu ilin yanvarında «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Andrey Demçenkonun Azərbaycandakı missiyası başa çatıb.

Klub rəhbərliyi bir araya gələrək, onunla bağlı yekun qərarını verib.

Ukraynalı mütəxəssis mayın 23-də komandanı təhvil verəcək. Muxtar Respublika təmsilçisi həmin gün Premyer Liqanın son turu çərçivəsində «Zirə» ilə qarşılaşacaq.

Bura gələnədək Gürcüstan və Qazaxıstanda çalışmış Demçenko artıq onunla əlaqəli qərardan halidir. Rəsmilər diqqətinə çatdırıb ki, müqavilənin gələn sezona aid hissəsi qüvvəyə minməyəcək.

Səbəb qarşıya qoyulan məqsədin yerinə yetirilməməsidir. Belə ki, çempionatın geridə qalan hissəsində 43 xal toplayan kollektiv turinir cədvəlinin altıncı pilləsində yerləşib və avrokuboklardan kənarda qalıb.

Demçenko rəhbərliyin mövqeyi ilə razılaşıb. O, üzərinə götürdüyü vəzifənin öhdəsindən gələ bilməməsinə bir neçə səbəb göstərib.

Qeyd edib ki, şəraitin zəifliyi və bir çox futbolçunun işinə məsuliyyətsiz yanaşması «Araz»ın qitə arenasına çıxmasına mane olub.

SPORTİNFO.AZ

Seçilən
31
sportinfo.az

1Mənbələr