AZ

Agentlik nümayəndəsi: Yeni layihələr Bakıda tıxacların azalmasına səbəb olacaq

BAKI, 21 may. TELEQRAF

“Şəhərin ayrı-ayrı mərkəzlərini və metro bir-biri ilə birləşdirən səfərlər xeyli daha sürətli, təhlükəsiz və effektiv olacaq. Eyni zamanda, müasir şəhər yalnız nəqliyyat vasitələri üçün deyil, insanlar üçün planlaşdırılmalıdır. Buna görə də piyada təhlükəsizliyi və əlçatanlıq dövlət proqramının və bizim, bir agentlik olaraq, əsas prioritetlərimizdəndir”.

Teleqrafverir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fariz ƏzizovBakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkilolunanBakı Baş Planı 2040 — Yeni inkişaf dövrü" adlı tədbirdə bildirib.

O vurğulayıb ki, Həsənbəy Zərdabi küçəsi ilə İlyas Əfəndiyev küçəsi arasında yaradılan yeni yol əlaqəsi şəhər daxilində alternativ yol standartlarının formalaşmasına və nəqliyyat axınlarının daha rasional şəkildə paylanmasına şərait yaradacaq:

“Bu layihələrin hər biri ayrıca vacib olsa da, onların əsas gücü tərəfdaş qurumlarla birlikdə inteqrasiya olunmuş metropoliten mobillik sisteminin formalaşdırılmasındadır. Müasir şəhərsalma artıq ayrı-ayrı yol layihələrini deyil, koordinasiyalı sistem tələb edir. Bu yanaşma Bakı Baş Planı 2040-ın vizyonu ilə tam uyğunluq təşkil edir.

Yollar sadəcə asfalt və tikinti materialları deyil. Yollar iqtisadi əlaqəlilik, ərazi balansı, təhlükəsizlik, mobillik və nəticə etibarilə insanların gündəlik həyat keyfiyyətinin bir hissəsidir.

Biz inanırıq ki, yeni layihələr Bakıda tıxacların azalmasına, şəhər mərkəzlərinə düşən yükün optimallaşdırılmasına, şəhər və regionlararası inteqrasiyanın güclənməsinə və daha dayanıqlı, rəqabətqabiliyyətli metropoliten gələcəyin formalaşmasına töhfə verəcək.

Bakı qarşıdakı onilliklərdə necə bir şəhər olmaq istədiyini artıq planlaşdırır və biz bu gün həmin gələcəyin infrastrukturunu qururuq”, -F. Əzizov vurğulayıb.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr