AZ

Bakıdakı inkişaf prosesi Pakistan nümayəndəsində böyük təəssürat yaradıb

Bakı, 21 may, AZƏRTAC

Son on il ərzində Azərbaycan qlobal iqtisadiyyat və qlobal turizm mərkəzi kimi inkişaf edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın nümayəndəsi Sohaib Ammar Asdaq deyib.

Azərbaycanın yüksək mədəniyyətə malik olmasınının, xüsusilə paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edən nümayəndə bu tədbirin yüksək səviyyədə təşkil olunduğunun bildirib.

"İnanıram ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin qlobal şəhərsalma gündəliyində aktiv rol oynadığını göstərir", - deyə o qeyd edib.

Müxbir - Gülay Nəzərova
Operator - İlham Nadirov
Seçilən
25
1
azertag.az

2Mənbələr