AZ

Şöbə müdiri: Qarabağ və Şərqi Zəngəzurda UN-Habitat ilə daha geniş əməkdaşlıq etmək istəyirik

Qarabağ və Şərqi Zəngəzurda UN-Habitat ilə daha geniş əməkdaşlıq etmək istəyirik.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, UN-Habitat ilə birlikdə yaşayış məntəqələrinin planlaşdırılması üzərində işləmək planlaşdırılır və bunun təcrübəyə daha bir müsbət töhfə verəcəyinə inanırlar: "Nəticədə insanlar üçün daha dayanıqlı və əlverişli yaşayış mühitinin formalaşacağına ümid edirik".

Seçilən
49
apa.az

1Mənbələr