AZ

Si Cinpin Berdiməhəmmədovun dəvətini qəbul etdi - Türkmənistana gələcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun ölkəyə səfər dəvətini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “TDH” agentliyi Çin liderinin məktubuna istinadən məlumat yayıb.

"Mən Çin-Türkmənistan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki tərəf üçün əlverişli vaxtda Türkmənistana səfər etməyə hazıram", - deyə Çin Sədrinin məktubunda qeyd olunub.

Si Cinpinin sözlərinə görə, Çin ardıcıl olaraq iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini müdafiə edib. O qeyd edib ki, Çin yeni uğurlu əməkdaşlıq nümunələri yaratmaq və iki dövlətin ortaq taleyi icması konsepsiyasını daha da inkişaf etdirmək üçün Türkmənistanla əməkdaşlıq etmək niyyətindədir.

Seçilən
32
publika.az

1Mənbələr