AZ

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərinin sayı azaldı (SİYAHI)

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 8-dən 6-ya enib.

Buna "Aston Villa"nın Avropa Liqasının qalibi olması səbəb olub. Belə ki, İngiltərə klubunun çempion olması ilə yeni mövsümündən I təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq.

Püşkatmada səpələnmişlər səbətində yer alacaq Ağdam təmsilçisinin qarşılaşacağı 6 mümkün rəqibdən 5-i aşağıdakılardır:

“Voyvodina” (Serbiya), “ÇFR Kluj (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya)

6-cı rəqib isə “Jilina” (Slovakiya) və ya “Zimbru” (Moldova) klublarından biri olacaq.

Qeyd edək ki, "Qarabağ" 2025-26 mövsümü üzrə Azərbaycan çempionatını ikinci yerdə başa vuracağını rəsmiləşdirib.//Haqqin.az

Seçilən
40
milliyol.az

1Mənbələr