AZ

Katerina Bezqaçina: WUF13 çərçivəsində Bakıda 800-dən çox media nümayəndəsi fəaliyyət göstərir

BAKI, 21 may. TELEQRAF

“Forumun ilk dörd gününün yekunlarına əsasən, bu mötəbər qlobal tədbirdə dünyanın 175-dən çox ölkəsini təmsil edən 38 mindən çox iştirakçı fəal şəkildə yer alıb".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində keçirilən "Gündəlik mətbuat brifinqi" tədbirində deyib.

O bildirib ki, eyni zamanda, forumda cərəyan edən müzakirələri və qlobal çağırışları dünya ictimaiyyətinə çatdırmaq üçün Bakıda 800-dən çox media nümayəndəsi iştirak edir və prosesi geniş şəkildə işıqlandırır.

UN-Habitat rəsmisi forumun dördüncü günündə mənzil təminatı, iqlim dəyişikliyi, regional dayanıqlılıq və inklüziv şəhər inkişafı arasındakı artan əlaqələrin geniş şəkildə nəzərdən keçirildiyini qeyd edib. O, bir çox sessiyalarda şəhərlərin iqlim risklərinə necə reaksiya verməsi, qeyri-formal yaşayış məntəqələrinin transformasiyası və "heç kimin geridə qalmamasını" hədəfləyən mənzil həllərinin müzakirə edildiyini bildirib:

​“Dördüncü günün əsas müzakirələri mənzil sektorunda qlobal iqlim fəaliyyətinin gücləndirilməsi və real praktiki addımların yerlərdə dərhal icrasına başlanılması zərurətini ortaya qoydu. Diqqət mərkəzində olan digər mühüm mövzular sırasına bazar mexanizmlərindən kənar mənzil maliyyələşdirilməsi, mədəni irsin yenidən nəzərdən keçirilməsi, şəhər regenerasiyası (yenidən canlandırılması), miqrasiya, sosial mənzil kirayəsi prinsipləri, eləcə də elmi məlumatların yerlərdə praktiki işlərə necə dəstək verə biləcəyi məsələləri daxil idi”.

​Bu qlobal mövzuların memarlıq sahəsindəki əks-sədasına toxunan K.Bezqaçina dünən mətbuat mərkəzində Beynəlxalq Memarlar İttifaqının "UIA 2030" mükafatının təqdim edildiyini xatırladıb:
​“Beynəlxalq memarlıq ictimaiyyəti və yerli tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində təqdim olunan bu mükafat qlobal miqyasda memarlıq və şəhər dizaynının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və Yeni Şəhər Gündəliyinə necə töhfə verə biləcəyini nümayiş etdirən unikal layihələri fərqləndirir”.

Seçilən
40
teleqraf.com

1Mənbələr