AZ

AAYDA nümayəndəsi: Bakının Baş Planı bütövlükdə infrastrukturun təməlini dəyişdirməyi hədəfləyir

"Bakı artıq bir çox tərəfdən dəyişib. Sovet ənənələrindən çıxaraq daha müasir şəhər mərkəzinə çevrilir, təkmilləşir”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AAYDA-nın nümayəndəsi Fariz Əzizov deyib.

O bildirib ki, Bakıda mobilliyin təmini bir çox aspektdən dəyişikliyə səbəb olub: “Bu zaman biz də müəyyən çətinliklərlə üzləşmişik. İnsanlar artıq şəhərətrafı ərazilərə üz tutur. İndi texnoloji, demoqrafik məlumatlara əsasən, bütün dəyişiklikləri nəzərə almaq lazımdır. Biz gələcəyi təxmin etməyə məsuliyyət daşıyırıq. Bakının Baş Planı bütövlükdə infrastrukturun təməlini dəyişdirməyi hədəfləyir. Bu Baş Plan insanların həyatlarını asanlaşdırmalı və insanların rahatlığını təmin etməlidir. AAYDA buna görə də yolların konstruksiyasını dəyişdirməyə çalışır, tıxacları azaltmaq və daha mobil şəhər yaratmağa çalışırıq. Müasir şəhər sadəcə maşınlar üçün dizayn edilməməlidir, piyadalar bizim layihələrdə xüsusi əhəmiyyət daşıyır”.

O bildirib ki, şəhərlər insanın dostu olaraq dizayn edilməlidir: “Şəhərin mobilliyi bizim üçün çox önəm daşıyır. Yollar təkcə asvalt və sement deyil, daha yaxşı iqtisadiyyat, daha yaxşı həyat deməkdir. “Bakı Baş Planı 2040”a AAYDA olaraq biz də öz töhfəmizi verməyə çalışırıq”.

Seçilən
24
1
apa.az

3Mənbələr