AZ

Südeyf İmamverdiyev: “Göstəriş verilir ki, professorlar sertifikat alsınlar, sertifikatları da onların tələbələri hazırlayır...”

“Vəzifədən birini götürüb başqasını qoy, bu bir işdir, amma klassik olaraq bu sistemə yanaşma düşücəsi ayrı bir işdir. Bu sahədə çoxlu problemlərlə üzləşirik. Sığorta sisteminin müsbət cəhətləri çoxdur. Hamı müayinədən keçə bilir, amma eyni zamanda səhiyyənin şaxələnməsi bu işə xeyir gətirmir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor Südeyf İmamverdiyev RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində TƏBİB-də son zamanlar baş verən rəhbər dəyişiklikləri ilə bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, səhiyyə sisteminin bir rəhbəri olmalıdır, bir nöqtədən tənzimlənməlidir: “Ağır xəstə ilə onun yanında ağrılarını duyaraq yaşayıb o xəstənin bəlalarını başa düşmədən gedib hansı yollarla rəhbər olan, həkim və xəstənin münasibətini, prosesin düzgün qurulmasını necə başa düşə bilər? Ciddi məsələdir. Bir dəfə TƏBİB-in mötəbər işçisi gəlib bizimlə fikir mübadiləsi aparsın, nəyi daha yaxşı etmək olar... Heç vaxt... Göstəriş verirlər belə olsun, xəstə də əməliyyat olur, üç-beş gündən sonra bildirilir ki, sığorta onu əhatə etmir. Hörmətli cənablar axı xəstəliklər, əməliyyatlar arasında da fərq var. Necə yəni beş gündən sonra deyilir evinə getsin, ya da pul versin. Bu məsələlər gərək həll olsun. Sonra göstəriş verilir ki, professorlar gedib sertifikat alsınlar. Sertifikatları kimlər yazır? Professorların tələbələri, onların rəhbərlik etdiyi adamlar...Nə qədər səhvlərə yol verilir. Proseslər çox pozulub. Qarışıqlıq var”. 

 

Şəhanə Quliyeva

Tarix: 21 May 2026, 12:00   
Seçilən
40
pravda.az

1Mənbələr