AZ

Nazir müavini: Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda gündəlik həyatı yenidən qurur

Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda həm əraziləri, həm etimadı, həm də gündəlik həyatı yenidən qurur.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun WUF 13 çərçivəsində təşkil etdiyi davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi adlı tədbirdə bildirib.

O bildirib ki, bu gün Azərbaycan münaqişədən sonrakı ərazilərdə doqquz yeni ağıllı şəhər və yüzlərlə yaşayış məntəqəsi salır:

"Biz inanırıq ki, hər bir icma sadəcə bərpa olunmağa deyil, həm də inkişaf edib çiçəklənmək şansına layiqdir. Biz hazırda yaşıl enerji, rəqəmsal innovasiyalar və insan mərkəzli şəhərsalma planlaması vasitəsilə icmaların necə yaşaya, işləyə, təhsil ala və böyüyə biləcəyini yenidən təsəvvür edirik. Bu gün həmin canlandırılmış ərazilərdə təxminən 85 000 insan yaşayır, işləyir və təhsil alır. İnanırıq ki, şəhərlər sağlam, əlçatan və bir-biri ilə əlaqəli qalmalıdır. Məhz buna görə də "sağlam icmalar", "idman səhərləri" və "Fit Track" layihəsi kimi təşəbbüslər ictimai həyatı, hərəkətliliyi və rifahı gənclərə daha da yaxınlaşdırır".

Seçilən
21
far.az

1Mənbələr