PSJ-nin hücumçusu Usman Dembele yenidən "Qızıl top"u qazanmaq istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" fransalı ulduzun fikirlərini belə çatdırıb:
"Qızıl top"u bir dəfə qazananda, onu yenidən qazanmaq istəyirsən. Amma təbii ki, mən komandanı birinci yerə qoyardım. Ən vacibi Çempionlar Liqasını qazanmaqdır. Başqa bir məqsədim var, bu, uzun müddətdir ağlımdadır: Fransa millisi ilə möhtəşəm mundial keçirmək. Qalanını isə sonra görəcəyik".
Xatırladaq ki, fransız futbolçu 2025-ci ildə "France Football" tərəfindən "İlin oyunçusu" seçilib.
Mirağa