AZ

WUF13 Ermənistanın işğal siyasətinin mahiyyətini dünyaya bir daha nümayiş etdirdi- ÖZƏL

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)Azərbaycanın tarixlə müasirliyin vəhdətini qorumaq siyasətinə diqqət çəkən cənab Prezident bildirdi ki, "Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur". Bu fikir əslində Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini əks etdirir. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq və şəhərsalma layihələri göstərir ki, müasir urbanizasiya milli kimliyin və tarixi irsin qorunması ilə paralel şəkildə aparılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Azərbaycan üçün şəhərsalma həm də tarixi yaddaşın qorunmasıdır. Bu yanaşma müasir dövrdə urbanizasiya siyasətinin əsas çağırışlarından biridir. Çünki sürətli şəhərləşmə prosesi bəzi ölkələrdə tarixi irsin məhv olması ilə nəticələnir. Azərbaycan isə fərqli yol seçərək inkişafla milli-mədəni dəyərlərin qorunmasını paralel şəkildə həyata keçirir.

Dövlət başçısı, eyni zamanda  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinə diqqət çəkdi.  Bildirdi ki, işğal dövründə Ağdam tamamilə məhv edilmişdi və beynəlxalq müşahidəçilər onu "Qafqazın Xirosiması" adlandırırdılar. Bu, Ermənistanın işğal siyasətinin mahiyyətini və dağıntının miqyasını bütün dünyaya bir daha nümayiş etdirdi.
Eyni zamanda, Prezidentin səsləndirdiyi rəqəmlər Azərbaycanın həyata keçirdiyi  quruculuq prosesi barədə reallıqların təqdimatı idi. Beş il ərzində 70 kilometr tunelin, yüzlərlə körpünün, hava limanları, məktəblər və yaşayış məntəqələrinin tikilməsi güclü siyasi iradənin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr