AZ

“400 manat maaş alan ölkədə 81 manatlıq bilet vicdansızlıqdır” – ADY-yə SƏRT İTTİHAM

Bakı–Tbilisi qatarı ətrafında qiymət müzakirələri davam edir. Sosial şəbəkələrdə mövzu ilə bağlı tənqidi fikirlər səsləndirənlərdən biri də “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili olub.

KONKRET.az xəbər verir ki, jurnalist paylaşımında Bakı–Tbilisi qatarına tətbiq olunan bilet qiymətlərini sərt tənqid edib. O, bildirib ki, bəzi şəxslərin qiymətləri normal kimi təqdim etməsi cəmiyyətin sosial vəziyyətini nəzərə almamaq deməkdir:

“Bəziləri hoqqabazlıq edərək Bakı-Tbilisi qatarına olan biletin qiymətini doğru sayır… Hesab edirəm ki, bu, minimum əməkhaqqı 400 manat olan ölkədə yüz minlərlə soydaşı Gürcüstanda yaşayanların əsəbləri ilə oynamaqdır. Bu, həm də iki ölkə arasında əlaqələrin kəsilməsinə hesablanmış bir məzələnmədir”.

Asif Mərzili qeyd edib ki, qiymətlərə yenidən baxılmalıdır. Onun sözlərinə görə, Gürcüstana səfər etmək istəyənlərin sayını azaltmaq üçün belə addımlar atılır:

“Turizm məmurları yaxşı bilirlər ki, Azərbaycanda adicə Qəbələyə gedib 1 həftə qalan ailə illik gəlirini qoyub cibiboş geri qayıdır. Gürcüstana gedib bir həftə qalırsan, ən çoxu 300-400 dollar xərcin çıxır”.

Jurnalist pandemiyadan əvvəl ailəsi ilə birlikdə şəxsi avtomobillə Gürcüstanın müxtəlif bölgələrinə səfər etdiyini də xatırladıb.

“Pandemiyadan əvvəl özüm şəxsi avtomobilimlə (ailə ilə-4 nəfər) Ucarma, Tiblisi, Rustaveli, Kutaisi, Batumi və s. bölgələrində olmuşam, ordan da Türkiyə ərazisinə keçib Trabzonda 3 gün qalmışıq(Türkiyə bahalıqdır), sonra geri qayıtmışıq və “yorğanımıza görə ayağımızı uzatmışıq”, bu fərqi görmüşük…”

Natiq Səlim
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr