AZ

Türkiyədə qorxunc zəlzələ PROQNOZU! Siyahının başınada Antalya var...

Türkiyənin məşhur turizm şəhəri Antalya ilə bağlı keçirilən “Zəlzələ Maarifləndirilməsi və Şəhərsalma Zirvəsi”ndə mühüm açıqlamalar səsləndirilib.

Sitat.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, tədbirdə çıxış edən professor Şükrü Ersoy bildirib ki, Türkiyə Alp-Himalay dağ qurşağında yerləşdiyi üçün ölkədə zəlzələlərin davam etməsi qaçılmazdır. Onun sözlərinə görə, əvvəllər Türkiyədə 150 aktiv fay xətti olduğu düşünülürdüsə, 2026-cı ilin yenilənmiş məlumatlarında bu say 700-ə çatıb.

Ersoy qeyd edib ki, Antalya həm dağlıq əraziləri, həm sahil zonaları, həm də sıx tikililəri ilə xüsusi planlama tələb edən şəhərlərdən biridir. O vurğulayıb ki, şəhərdə əhali sıxlığının artması zəlzələ riskini daha da ön plana çıxarır.

Professor hesab edir ki, Türkiyə zəlzələ ilə mübarizə aparacaq texniki və iqtisadi gücə sahibdir, lakin əsas problem tikintidə nəzarət və peşə etikası çatışmazlığıdır. Zirvədə iştirak edən digər mütəxəssislər də Antalya şəhərində köhnə bina fondu, şəhərsalma problemləri, torpaq quruluşu və təhlükəsiz tikinti məsələlərini müzakirə ediblər. Tədbirdə zəlzələ riskinə qarşı elmi əsaslarla şəhərsalmanın vacibliyi xüsusi vurğulanıb.

Nigar,

Sitat.info

Seçilən
36
sitat.info

1Mənbələr