AZ

Fələstinli nazir: Əsas məqsəd məcburi köçkünlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməkdir

"Fələstində dağıntılardan sonra bərpa prosesinin əsas istiqamətlərindən biri mənzil təminatıdır".

APA xəbər verir ki, bunu Fələstinin yerli idarəetmə naziri Sami Həccavi WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, münaqişə nəticəsində yüz minlərlə mənzil tamamilə dağılıb və ciddi ziyana məruz qalıb: "Həmçinin su, enerji, təhsil və səhiyyə infrastrukturu ciddi ziyanla üzləşib. Bərpa prosesi yalnız tikililərin yenidən qurulması deyil, həm də insanların sosial-iqtisadi sabitliyinin və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasıdır".

Həccavi əlavə edib ki, Fələstində həyata keçirilən planlaşdırma mərhələli şəkildə aparılır və əsas məqsəd məcburi köçkünlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməkdir.

Seçilən
59
2
apa.az

3Mənbələr