AZ

Artıq maşın alarkən bunuda NƏZƏRƏ ALMALIYIQ

Maraqlıdır ki, belə subasmalardan sonra bazara daha çox “ikinci əl” avtomobillər çıxarılır. Halbuki subasmış avtomobilləri almaq o qədər də məqsədəuyğun hesab edilmir.

Bəs, suda batmış avtomobili necə ayırd etmək olar?

Ajans.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Pərviz Əliyev subasmış avtomobili müəyyən etməyin bir neçə yolu olduğunu deyib:

“Avtomobilin su altında qaldığını müəyyən etmək üçün ilk növbədə salonda və yük yerindəki örtükləri qaldırıb altına diqqətlə baxmaq lazımdır. Əgər hər hansı pas izi müəyyən edilsə, o zaman həmin avtomobilin su altında qaldığını söyləmək olar. Belə avtomobillər çürüməyə daha çox meyilli olur”.

Müsahibimiz onu da əlavə edib ki, bəzi hallarda subasma o qədər də təhlükəli deyil:

“Məsələn bu gün avtomobili su basıbsa sabah onu çıxarıb, tamamilə sökərək fəsadları anındaca aradan qaldırmaq olar. Əsas odur ki, su dəymiş hissələr peşəkarcasına və səliqəli şəkildə qurudulsun. Subasma əsasən avtomobilin “kuza” hissəsinə xətər yetirə bilir. Sürətlər qutusu və motor çox nadir halda zərər görmüş olur. Belə zərəri isə istənilən avtomobil həvəskarı müəyyən edə bilir. Amma ayaqaltılarının və yük yerinin su basmasını müəyyən etmək bir qədər çətindir”.

Seçilən
16
3
Ajans.az

4Mənbələr