AZ

Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkili prosesinə başlanılıb

Bank “BTB” ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının 25 fevral 2026-cı il tarixli qərarı və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvafiq razılığı əsasında, Bank “BTB” ASC-nin Səhmdarlarının 13 may 2026-cı il tarixli Növbədənkənar Ümumi Yığıncağında yenidən təşkil barədə qanunvericilikdə nəzərədə tutulmuş müvafiq qərarlar verilmiş və “Bankların yenidən təşkili haqqında Qaydalar”na uyğun olaraq, Bank “BTB” ASC-nin yenidən təşkili yolu ilə “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesinə başlanılmışdır.

Bankın mövcud kreditorları 20.07.2026-cı il tarixinədək, iş günləri saat 10:00-dan 17:00-a qədər tələblərinin qeydə alınması üçün Bakı şəhəri, Y.Səfərov küçəsi, 27 (Baş ofis) ünvanına müraciət edə bilərlər.

Seçilən
32
banker.az

1Mənbələr