
Ağ Ev rəhbəri Donald Tramp 2032-ci ilə qədər ABŞ prezidenti vəzifəsində qala biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri Konnektikutdakı ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunlarına müraciətində bildirib.
“Mən burada 28-ci ildə (2028-ci ildə) də, bəlkə 32-ci ildə (2032-ci ildə) də olacağam. Mən bilmirəm. Bəlkə də olacağam”, - deyə o qeyd edib.
Tramp bununla 2032-ci ilə qədər ABŞ hökumətindəki ən yüksək vəzifəni qoruyub saxlaya biləcəyi ehtimalına işarə edib.
Qanuna görə, Trampın prezident kimi ikinci müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır.
Qeyd edək ki, 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin ən çoxu iki müddətə seçilməsini nəzərdə tutur. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə namizəd olmaq ehtimalını dəfələrlə etiraf edib. Bundan əlavə, prezidentin keçmiş siyasi strateqi Stiv Bennon ötən payız belə bir ehtimalı irəli sürüb.