AZ

Ursula fon der Lyayen: Avropa dron təhlükəsinə cavab verəcək

Son zamanlar Baltikyanı ölkələrin sərhədləri yaxınlığında PUA-lar getdikcə daha çox peyda olur. Çərşənbə günü dronların aşkarlanmasından sonra Vilnüsdə təxminən bir saatlıq virtual dayanma baş verdi. Vətəndaşlara sığınacaq axtarmaq tövsiyə edilib və ölkənin siyasi liderləri sığınacağa aparılıb. Vilnüs hava limanı bağlanıb, ictimai nəqliyyat dayandırılıb.

Xəbəri “Euronews” verib. 

Ukrayna ilə müharibənin əvvəlindən bəri ilk dəfə belə ciddi tədbirlər görülürüb. Mayın əvvəlindən bəri Baltikyanı ölkələr və Finlandiyanın hava məkanı altı dəfə real və ya şübhəli dronlar tərəfindən pozulub və bu, bütün Avropa ölkələri arasında narahatlıq yaradıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, “Rusiyanın Baltikyanı ölkələrə qarşı açıq təhdidləri tamamilə qəbuledilməzdir. Rusiya və Belarus şərq cinahımızdakı insanların həyatı və təhlükəsizliyini təhdid edən dron əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyırlar. Avropa birlik və güclə cavab verəcək”.

Polşanın Baş naziri Donald Tusk və NATO-nun baş katibi Mark Rutte də hadisələri pisləyiblər. 

P.ƏMİRCANOV
XQ

Seçilən
30
xalqqazeti.az

1Mənbələr