AZ

Emin Hüseynov: "İnsanlar üçün hər şey əlçatan və əlverişli olmalıdır"

"İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə dörd əsas prinsip rəhbər tutulur".

Ölkə.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, birinci əsas prinsip insanmərkəzli şəhər modelinin qurulmasıdır:

"Mərkəzdə insan durmalıdır. İnsanlar üçün hər şey əlçatan və əlverişli olmalıdır. Bunun üçün baş planlar elə tərtib olunur ki, əsas sosial obyektlər və inzibati mərkəzlər bir yerdə cəmləşsin, insanlar oraya qısa zamanda çata bilsinlər".

E.Hüseynovun sözlərinə görə, digər əsas məsələlərdən biri ekoloji tarazlığın qorunmasıdır:

"Çoxlu yaşıllıq zonalarının və parkların salınması, piyada yürüşünə üstünlük verilməsi, avtomobil nəqliyyatından mümkün qədər az istifadə olunması əsas prinsiplərdəndir".

Xüsusi nümayəndə qeyd edib ki, üçüncü istiqamət milli, mədəni və tarixi irsin qorunmasıdır:

"Müasir şəhərdə tarixi-mədəni mərkəzin simbioz şəkildə yaradılması və formalaşdırılması olduqca vacibdir".

O əlavə edib ki, dördüncü prinsip müasir iş yerlərinin yaradılması və insanlar üçün ləyaqətli həyat şəraitinin təmin edilməsidir.

Seçilən
33
olke.az

1Mənbələr