Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu barədə agentliyin saytında məlumat verilib.
Xəbəri “Anadolu” yayıb.
Bəyanatda deyilir ki, qərar Rusiyanın fitosanitar rifahını və ixrac potensialını qorumaq üçün verilib: “Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi tərəfindən verilən zəmanətlərə baxmayaraq, AİB üçün karantinə alınan məhsulların müəyyənləşdirilməsi davam edir. İdxal edilən 96,2 milyon çiçək məhsulundan 135 hal aşkar edilib ki, bu da 2025-ci ildə aşkar edilmiş ümumi pozuntuların 77 faizini təşkil edir”.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya ilə əməkdaşlığın Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğunu bildirmiş və “bununla mübahisə etməyin çətin olduğunu” vurğulamışdı. Şoyqu həm də Ermənistanın Aİ-yə ərik, alabalıq (forel) və mineral su tədarükünün şərtlərini də şübhə altına almışdı.
Rusiya Təhlükəsizlik Şurasının katibi yekun olaraq bildirib ki, “Moskva Ermənistan rəhbərliyinin Rusiya Federasiyası ilə əməkdaşlıqdan faydalanmaq istəyini başa düşür, lakin bu, ikitərəfli hərəkət tələb edən bir yoldur”.
P.ƏMİRCANOV
XQ