AZ

Juan Caballero: Mənzil təminatına bəzən ikincidərəcəli məsələ kimi baxılır

Bakı, 21 may, AZƏRTAC

Mənzil təminatına bəzən ikincidərəcəli məsələ kimi baxılır. Bunun əsas səbəblərindən biri isə siyasi problemlərlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə "Build Change" təşkilatının baş icraçı direktoru Juan Caballero deyib.

O qeyd edib ki, mənzil təminatı ölkələr üçün çətin, yüksək maliyyə tələb edən və icrası qəliz proses kimi qəbul olunur.

“Lakin mən daimi mənzillərdən əvvəlki müvəqqəti həllərin eyni dərəcədə çətin, baha və icrası qəliz olduğunu düşünürəm. Çünki bir qədər sonra biz sığınacaq və müvəqqəti həllər üçün çox vaxt sərf edirik. Həmçinin çətin və yüksək büdcəyə başa gələn mərhələlərdən keçilir. Nəticədə isə xeyli gecikirik. Təcrübə göstərir ki, əgər bu mərhələdən mümkün qədər yan keçib, imkan daxilində birbaşa daimi həllər tapsaq, daha müsbət nəticələr əldə etmək mümkündür”, - deyə Juan Caballero bildirib.

Fotoqraf - Azər İbrahimov

Seçilən
44
2
azertag.az

3Mənbələr