AZ

Toyuq ətinin qurumasının qarşısını belə alın

Toyuq əti, xüsusilə də toyuq sinəsi, tərkibindəki az yağ miqdarı səbəbindən bişərkən ən tez quruyan xörək komponentlərindən biridir. Çox vaxt böyük bir həvəslə bişirdiyimiz toyuq yeməkləri süfrəyə gələndə quru və dadsız ola bilir. Lakin peşəkar aşpazların istifadə etdiyi çox sadə bir üsulla toyuq ətinin hər zaman yumşaq və şirəli qalmasını təmin edə bilərsiniz.

 

Pravda.az toyuq ətinin qurumasını əngəlləyəcək o üsulu təqdim edir:

 

Toyuq əti yüksək istiliyə məruz qaldıqda daxilindəki mayeni sürətlə itirir. Xüsusilə yağsız olan sinə əti bişmə prosesində dərhal quruyur və lif-lif ayrılaraq çeynənilməsi çətin bir hala gəlir.

 

Duzlu suda saxlama üsulu

Toyuq ətinin bişərkən şirəli və yumşaq qalmasını istəmirsinizsə, tətbiq edə biləcəyiniz ən effektiv üsul onu bişirməzdən əvvəl duzlu suda saxlamaqdır.

 

Necə tətbiq olunur?

 

Geniş bir qabın içinə otaq temperaturunda su doldurun.

 

Suyun içinə hər litrə təxminən 1-2 xörək qaşığı olacaq şəkildə duz əlavə edin və tamamilə həll olunana qədər qarışdırın (arzuya görə bir az şəkər tozu və ya ədviyyatlar da əlavə edə bilərsiniz).

 

Toyuq ətlərini bu duzlu suyun içinə yerləşdirin və bişirməzdən əvvəl soyuducuda ən az 30 dəqiqə ilə 1 saat arasında gözlədin.

 

Sudan çıxardıqdan sonra üzərini kağız dəsmalla yaxşıca qurulayın və istədiyiniz kimi bişirin.

 

Duzlu su toyuq ətinin hüceyrə strukturuna nüfuz edərək protein liflərini yumşaldır. Bu proses ətin içinə əlavə maye çəkməsini təmin edir. Beləliklə, toyuq yüksək temperaturda bişərkən daxilindəki bu mayeni qoruyub saxlayır, nəticədə içi yumşaq və şirəli, çölü isə gözəl qızarmış toyuq əti əldə edirsiniz.

 

Toyuğu soyuducudan çıxaran kimi birbaşa tavaya və ya sobaya qoymayın. Bişirməzdən 15-20 dəqiqə əvvəl çıxarıb otaq temperaturuna gəlməsini gözləyin ki, içi və çölü bərabər bişsin.

 

Toyuq əti bişdikdən sonra onu kəsmək üçün ən az 5 dəqiqə gözləyin. Bu müddət ərzində ətin daxilindəki şirə bərabər paylanacaq və kəsərkən boşqaba axıb getməyəcək.

 

Əminə Bayramova

Tarix: 21 May 2026, 11:20   
Seçilən
26
pravda.az

1Mənbələr