AZ

“Neftçi” 8-ci, “Araz-Naxçıvan” 7-ci kubok arzusunda

Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

Msport.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan”la “Neftçi” İK üz-üzə gələcək.

Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.

 

Azərbaycan Kuboku

Final

21 may

 

16:00. “Araz-Naxçıvan” – “Neftçi” İK

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.

Ehtiyat hakim: İmran Məhərrəmov.

Hakim-inspektor: Əfqan Həmzəyev.

Bakı İdman Sarayı

 

İndiyədək “Neftçi” İK 7, “Araz-Naxçıvan” isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında “Araz-Naxçıvan” 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Seçilən
32
msport.az

1Mənbələr