AZ

ABŞ Patriot sistemləri üçün daha ucuz tutucu qurğu hazırlayır

ABŞ

ABŞ "Patriot" zenit-raket kompleksləri üçün qiyməti daha münasib olan yeni raket-əleyhinə vasitənin (raket tutucunun) yaradılması üzərində işləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.

Yeni raketin hazırda istifadədə olan "PAC-3 Missile Segment Enhancement" raketlərindən təxminən beş dəfə ucuz başa gələcəyi gözlənilir. Hesablamalara görə, bu, xüsusilə pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlər kimi daha aşağı səviyyəli təhdidlərə qarşı hava hücumundan müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bundan əlavə, belə bir konstruksiyanı böyük həcmdə istehsal etmək daha asan olacaq ki, bu da anbarlara və tədarük zəncirlərinə düşən artan yük probleminin həllinə kömək edəcək.

Məryəm Quliyeva

Seçilən
23
xalqcebhesi.az

1Mənbələr