AZ

“Barselona” braziliyalı hücumçu ilə maraqlanır

“Barselona” Joao Pedronun transferinə fokuslanıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Atletiko”nun hücumçusu Xulian Alvaresə marağını azaldaraq diqqətini “Çelsi”nin braziliyalı forvardına yönəldib.

Məlumata görə, “Barselona”nın idman direktoru Deko Londonda Joao Pedronun nümayəndələri ilə görüş keçirib. Futbolçunun “Barsa”ya keçməyə isti yanaşdığı bildirilir.

“Barselona” 24 yaşlı hücumçu üçün 75 milyon avro ödəməyə hazırdır. Lakin “Çelsi” 2033-cü ilə qədər müqaviləsi olan Joao Pedronu satmaq istəmir.

Seçilən
43
idmanxeber.az

1Mənbələr