AZ

Ölkəni ayağa qaldıran elan verildi - Hamı TƏŞVİŞ İÇİNDƏ

Birləşmiş Krallıqda fəaliyyət göstərən bir radio stansiyası Kral III Çarlzın öldüyünü səhvən elan etdikdən sonra ictimaiyyətdən üzr istəyib. İngiltərənin cənubu və Midlands bölgəsinə yayımlanan Radio Caroline-də baş verən hadisə qısa müddətli təşvişə səbəb olub.

Musavat.com xəbər verir ki, Radio Caroline-in yayımı qəfil dayandırılıb. Ardınca aparıcılar normal yayımın dayandırıldığını bildirərək “Tanrı Kralı qorusun” marşını səsləndiriblər. Təxminən 15 dəqiqə səssiz qalan stansiya daha sonra yenidən efirə qayıdaraq dinləyicilərdən üzr istəyib.

Stansiyanın rəhbəri Peter Mur hadisənin “kompüter xətası” səbəbindən baş verdiyini açıqlayıb. Radio Caroline tərəfindən yayılan açıqlamada bildirilib ki, Birləşmiş Krallıqda yayım qurumlarının hökmdarın ölümü halı üçün hazırladığı fövqəladə prosedur səhvən aktivləşdirilib.

Mur açıqlamasında deyib: “Əsas studiyamızdakı texniki xəta səbəbindən yalnız ehtiyac yarananda istifadə ediləcək "Hökmdarın ölümü" proseduru səhvən aktivləşdirildi və Əlahəzrət Kralın vəfat etdiyi elan olundu.”

Səhv elandan sonra stansiyanın standart prosedura uyğun olaraq səssiz yayıma keçdiyi, daha sonra isə canlı yayımda üzr mesajı yayımlandığı bildirilib. Açıqlamada həm Kral Çarlzdan, həm də dinləyicilərdən üzr istənildiyi qeyd olunub.

Hadisə sosial mediada da geniş rezonans doğurub. Bəzi dinləyicilər qısa müddət şok yaşadıqlarını, bəziləri isə bunun səhv olduğunu anlayandan sonra rahatladıqlarını bildiriblər. Bir dinləyici belə deyib: “Xəbəri eşidən kimi ailəmə dedim. Sonra bunun səhv olduğunu öyrənəndə hamımız gülməyə başladıq.”

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr