Gənclər şəhər siyasətlərinin sadəcə faydalanan tərəfi deyil, şəhər transformasiyasının memarlarına çevrildikdə, onlar bu proseslərə sahiblik hissi ilə yanaşırlar.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı və İnklüziv Şəhərlərin İnkişafında Gənclər və Vətəndaş Cəmiyyəti Liderliyi" adlı tədbirdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
Onun sözlərinə görə, bir ümumi nəticə aydın şəkildə ortaya çıxır: gənclər və vətəndaş cəmiyyəti təşkilatları gücləndirildikdə, şəhərlər daha dayanıqlı və daha insan yönümlü olur.
Ramil İskəndərli onu da qeyd edib ki, Azərbaycan Milli QHT Forumu beynəlxalq vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətinə qəti şəkildə inanır.
“Tərəfdaşlıqlarımız və qlobal əməkdaşlıq təşəbbüslərində, o cümlədən daha geniş Qlobal Cənub əməkdaşlığı çərçivəsində iştirakımız vasitəsilə biz təcrübələrin, ideyaların və praktik həllərin açıq və konstruktiv şəkildə paylaşılmasına imkan yaradan platformaları dəstəkləməyə davam edirik"', - Ramil İskəndərli qeyd edib.