AZ

ADA-nın dosenti: Şəhərlərin planlaşdırılmasında iqlim dəyişiklikləri amili mütləq nəzərə alınmalıdır

Bakı, 21 may, AZƏRTAC

Şəhərlərin planlaşdırılması zamanı iqlim dəyişiklikləri amili mütləq nəzərə alınmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə WUF13-də ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev deyib.

O qeyd edib ki, Bakıda bir neçə gün əvvəl yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərinin hər yerdə hiss oluna biləcəyini göstərib.

Vurğulanıb ki, uzun müddət bu cür hadisələrin uzaq bölgələrdə baş verdiyi düşünülsə də, artıq onların istənilən ölkədə baş verə biləcəyi aydın görünür.

Anar Vəliyev çıxışında, həmçinin təhsildə süni intellektin tətbiqi və distant təhsilin mahiyyətindən bəhs edib.

Müxbirlər - Pərvanə Qafarova, Aydan Həsənli
Fotoqraf - Nicat Əlili
Operator - Ceyhun Mustafayev
Seçilən
47
azertag.az

1Mənbələr